2023-cü ilin sərgilər üzrə yekunları
Beynəlxalq sərgi və tədbirlər təşkilatçıları - “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətləri 2023-cü ilə uğurla yekun vurdular. 2023-cü ildə də sərgilər böyük iştirakçı və ziyarətçi kütləsi cəlb etdi. CEO və Iteca Caspian şirkətləri tərəfindən sahəyə aid dövlət təşkilatlarının dəstəyi ilə 2023-cü ildə on üç ticarət-sənaye sərgisi, bir konfrans və bir forum təşkil edilib. Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” Konqresi 5, Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgisi 15 və Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi isə 20 illik yubileylərini qeyd edib.
Ölkəmizdə 2023-cü ildə təşkil edilmiş beynəlxalq sərgilər 50-yə yaxın ölkədən 1378 şirkəti bir araya gətirib ki, onlardan 730-dan çoxu xarici eksponentlər olub. Sərgilər ümumilikdə 38852 peşəkar ziyarətçi qəbul edib. Onlardan 2606 nəfəri xarici ziyarətçilər olub.
Yüksək rütbəli qonaqların sərgiləri ziyarət etməsi isə bu tədbirlərin statusunu daha da gücləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü ilin 17-19 may tarixlərində keçirilmiş 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərini ziyarət etmişdir. Bundan başqa, ölkə prezidenti 31 may-2 iyun tarixlərində təşkil edilmiş Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak etmişdir. Tədbirin açılış mərasimindən sonra Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Bakı Enerji Həftəsi çərçivəsində buraxılmış poçt markalarına möhür vurmuşdur.
“Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətləri sərgi mövsümünə mart ayında start verib. İlk olaraq, Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley “Fərqli Fərdlər” Konqresi keçirilib. Beş illik bir müddətdə daha da inkişaf edən konqresin gündəliyindəki mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edib.
Ardınca, turizm sahəsində regionun əsas tədbiri olan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF” keçirilmişdir. “AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirmişdir. 2023-cü ildə sərgiyə 15 ölkədən 50 iştirakçı qatılmışdır.
May ayında daim rəngarəng ekspozisiyaları ilə seçilən, regionun ən böyük beynəlxalq kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri təşkil edilib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edib və burada rekord sayda milli və regional stendlər nümayiş olunub. Sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə isə milli stendlərlə təmsil olunub.
2023-ci ilin ən yaddaqalan və enerji sahəsində ən böyük hadisələrindən biri 3 mötəbər tədbiri - 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumunu bir ad altında birləşdirən Bakı Enerji Həftəsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə 38 ölkədən 331 şirkət iştirak qatılıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak tərəfindən salamlama məktubları ünvanlanıb. Eləcə də, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero açılış mərasimində çıxış edib. Ənənəvi olaraq, Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqlar qatılıb. Bakı Enerji Həftəsinə Naxçıvan şəhərində SOCAR-ın dəstəyi ilə keçirilən və yaşıl enerji mövzusunu əhatə edən xüsusi sessiya ilə yekun vurulmuşdur.
Bakı Enerji Həftəsinə paralel olaraq, 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi keçirilib. 2023-cü ildə sərgidə Azərbaycanla yanaşı, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Finlandiya, Qazaxıstan, İsveçrə, Rumıniya, Rusiya Federasiyası, Türkiyədən olan şirkətlər öz məhsul və xidmətlərini təqdim edib. Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu “Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaratmışdır. Forum Azərbaycanın dövlət qurumları, bir sıra qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat eskpedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarlarını bir araya toplayıb.
Payız sərgi mövsümünə regionun tikinti sahəsindəki ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi ilə start verilib. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil edilib. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutub. Ötən illər ərzində “Rebuild Karabakh” sərgisi Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunub. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri bundan əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də sərgidən əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. 2023-cü ildə sərgilərin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirib: 2022-ci ildə tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, 2023-cü il artıq 3-cü zal istifadəyə verilmişdir. İnşaat Həftəsinə 23 ölkədən 391 şirkət qatılıb.
Sərgi mövsümü noyabr ayında baş tutmuş 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi ilə davam edib. Sərgi çərçivəsində gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında baş tutub. Sərgidə ümumilikdə 14 ölkədən 100 şirkət iştirak edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Medinex 2023” sərgisinin rəsmi dəstək göstərilmişdir.
2023-cü böyük marağa səbəb olmuş daha bir tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi oldu. "Caspian Event Organisers" şirkətinin təşkilati dəstək göstərdiyi kitab sərgi-yarmarkasına 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edib. Sərgi 2023-cü ildə rekorda imza atıb. Belə ki, sərgiyə rekord sayda ziyarətçi - 59 000 insan qatılıb.
Sərgilərin ayrılmaz hissəsi b2b görüşlər olub. 2023-cü ildə 340-a yaxın beynəlxalq işgüzar görüşlər keçirilib.
2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu mühüm hadisə “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil edilmiş bütün tədbirlərin proqramlarında öz əksini tapmışdır.
Sərgilərin müvəffəqiyyətlə keçirilməsində tərəfdaş və sponsorlar böyük rol oynamışdır. SOCAR, Abu Dhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Intertek, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel, “PMD Group”, “Nar”, “GrowGroup Azerbaijan”, “Gubre.az”, “Azercell”, NB Group (Corella brendi), “Zeytun Pharmceuticals” şirkətləri 2023-cü ildə keçirilmiş tədbirlərin sponsorlarıdır. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edib. “BMW” brendini təmsil edən “Improtex Motors” şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edib. “AITF 2023”-ün baş sponsoru qismində Bolqarıstan çıxış edib, Özbəkistan isə tərəfdaş ölkə olub.
2023-cü ildə sərgilərin tərəfdaşları arasında: “Hyatt Regency Baku” və “Ibis Baku City” otelləri, stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Greenwich Travel Club” turoperatoru, “Lilac” gül tərəfdaşı yer alıb. “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətlərinin beynəlxalq tərəfdaşları qismində “Caspian Event Management” və “ICA Events” şirkətləri çıxış edib.
Bu tədbirlər 2023-cü ildə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənmişdir. Bir ildir ki, fəaliyyət göstərən təşkilata artıq 40-dan çox üzv daxildir. Assosiasiyaya daxil olan şirkətlər iri beynəlxalq tədbirlərin keçirilməsində iyirmi ildən artıq təcrübəyə malikdir. ASTA Azərbaycanda keçirilən konqres və sərgi fəaliyyəti çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkilini təmin etmək üçün dövlət qurumları, biznes sektoru və ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Hazırda isə aktiv şəkildə yeni sərgi mövsümünə hazırlıqlar gedir. 2024-cü ildə sərgi mövsümünü mart ayında Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı başlayacaqdır. 12-14 mart tarixlərində Bakı Su Həftəsi (Baku Water Week) adı altında keçirilən bu yeni sərgi ilk dəfədir ki, təşkil ediləcək. Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir. Daha sonra isə 15-17 may tarixlərində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi InterFood Azerbaijan” Sərgiləri təşkil ediləcəkdir. Ardınca, 4-6 iyun tarixlərində ənənəvi Bakı Enerji Həftəsi (Baku Water Week) çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” Sərgiləri, 29-cu Bakı Enerji Forumu və paralel olaraq 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi baş tutacaq. Payız fəslində sərgi mövsümünə 24-26 sentyabr tarixlərində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex” Sərgiləri start verəcək. Daha sonra ənənəvi Xəzər İnşaat Həftəsi çərçivəsində 15-17 oktyabr tarixlərində 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku”, 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” Sərgiləri və paralel olaraq 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” Sərgisi keçiriləcəkdir. 31 oktyabr-2 noyabr tarixlərində 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” Sərgisi ilə Azərbaycanda keçirilən sərgilərə yekun vurulacaqdır. Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 6-cı “Fərqli Fərdlər” Konqresi isə 2024-cü ildə 7 oktyabr tarixində BƏƏ-nin Dubay şəhərində təşkil ediləcəkdir. Bu konqres Bakıya 2025-ci ildə qayıdacaqdır.
Tədbirlərin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzvlük sayəsində daha da möhkəmlənmişdir. Belə ki, burada sərgilər bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanılaraq sonradan müvafiq keyfiyyət nişanı ilə təltif edilir.
2024-cü ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumatları www.iteca.az və www.ceo.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.