“Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən “ADEX 2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.
“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır.Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.