Həftənin sərgi xəbərləri: əməkdaşlıq müzakirələri, yeni sponsorluq və ilin sərgi təşkilatçısı mükafatı
Ötən həftə “Caspian Event Organisers” (CEO) şirkəti üçün növbəti ildə təşkil olunacaq sərgilərə hazırlıq işləri ilə yanaşı, bir sıra işgüzar görüşlər, yeni sponsorluq müqaviləsi və mükafatlandırma ilə yadda qalmışdır. Eyni zamanda təşkil edilən tədbirlərin uğurlu keçirilməsi üçün müxtəlif əməkdaşlıqlar üzərində işlər davam etdirilir.
17 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və "bp" şirkətinin dəstəyi ilə “Gömrük və Biznes Forumu 2024” keçirilmişdir. Bu forumda Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” sərgisinin layihə meneceri Ləman Ağayeva da iştirak edib. Onun forum çərçivəsində keçirdiyi görüşlərdə “Translogistica Caspian” sərgisinin daimi iştirakçıları ilə yanaşı, yeni potensial tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"
QSC-nin nümayəndələri ilə səmərəli müzakirələr baş tutmuşdur.
2025-ci ildə təşkil ediləcək tədbirlərlə hazırlıq çərçivəsində yeni sponsorluq müqaviləsi imzalanmışdır. 30-cu Yubiley Bakı Enerji Forumu üçün daha bir beynəlxalq sponsorluq razılaşması əldə edilmişdir. Macarıstanın ən böyük neft və qaz şirkəti “MOL Group” forumun qeydiyyat sponsoru olaraq çıxış edəcəkdir.
CEO-nun nümayəndələri həftə ərzində bir sıra işgüzar görüşlər keçirmişlər. STP Şirkətlər Qrupu və “Nobel Energy” şirkəti ilə təşkil edilən ikitərəfli görüşlər zamanı 2025-ci il sərgilərində iştirak planları müzakirə olunmuşdur. Bundan əlavə, CEO nümayəndələri 16 dekabrda başlamış “Nevrologiya Həftəsi” adlı tədbirdə iştirak etmiş və burada bir sıra şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.
CEO-nun Satış və Biznesin İnkişafı üzrə direktoru Rəna Abutalıbova isə Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri ilə strateji əməkdaşlıq imkanlarını müzakirə etmişdir. Bu görüşün nəticəsi olaraq, regional iqtisadi əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüslər nəzərdən keçirilmişdir.
Həftənin ən əlamətdar hadisələrindən biri isə CEO şirkətinin "Caspian Energy Club"unun təşkilatçılığı ilə keçirilən beynəlxalq "Caspian Business Award 2024" mükafatlandırma mərasimində “İlin sərgi təşkilatçısı” nominasiyası üzrə mükafata layiq görülməsidir. Bu nailiyyət şirkətin dayanıqlı inkişafının və sərgi təşkilatçılığında qazandığı uğurların göstəricisidir.
2025-ci ildə təşkil ediləcək sərgilər haqqında, eləcə də digər vacib hadisələrlə bağlı məlumatları daha ətraflı CEO şirkətinin rəsmi internet səhifəsindən (https://exhibitions.ceo.az/az/exhibitions-calendar) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.